Uşaqlıq boynu xəstəlikləri və Kolposkopiya
Kolposkop xüsusi optik bir cihazdır, bu cihaz vasitəsi ilə aparılan müayinəyə isə kolposkopiya deyilir. Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən aşkarlamaq üçün ginekoloji müayinədə tətbiq edilən yüksək informativliyə malik müayinə üsuludur.
Müayinə üçün göstərişlər
Kolposkopiya kimlərə icra olunur?
- Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan, rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa;
- İnsan papilomavirusunun yüksək onkogen tipləri (16;18) pozitiv olarsa xəstə bir mənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir;
- Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir;
- Palpasiya zamanı və ya gözlə görünən hər hansı bir lezyon varsa;
- Kontakt qanama varsa;
- Total histerektomiyadan (uşaqlığın uşaqlıq boynu ilə birlikdə götürülməsi)sonra anormal Pap-Smear cavabı olarsa;
- Uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət üzvü, perianal və anal nahiyyə papilomavirus xəstəliyi olan bütün hallar;
- Bətndaxili dövrdə DES (dietilbestrol) qebul etmişsə;
- Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları varsa;
- Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə varsa;
Mama-ginekoloq
Dr. Naza Qurbanova
Ginekoloq Dr. Naza Qurbanova 2004-2008-ci illər arasında Rusiyanın Sankt-Peterburq şəhərində Diplomdan Sonrakı Tibb Təhsilli Akademiyasının Qadın Reproduktiv Sağlamlığı Kafedrasında Mamalıq və Ginekologiya ixtisası üzrə ixtisaslaşma keçmişdir. Həmin dövrlərdə endokrin ginekologiya, ultrasəs müayinəsi, histeroskopiya, kolposkopiya kurslarında da iştirak etmişdir. Bir çox beynəlxalq dərnək və qurumların üzvü olan Naza Qurbanova Azərbaycanda Kolposkopiya müayinəsini əsaslı olaraq ilk icra edən həkimlərdən biridir. Bununla yanaşı Azərbaycanda son 11 il ərzində aşağı genital sistemin (uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət üzvü) xəstəliklərinin (həmçinin orqansaxlayıcı) müalicəsində CO2 lazeri ilk tətbiq edən həkimlərdəndir. Əlavə olaraq, stress sidik qaçırmanın, vagina daraltmanın, vaginal quruluğun, intim ağarmann cərrahiyyəsiz Femilift Alma Lazerlə müalicəsi də həkim tərəfindən tətbiq olunmaqdadır.
Ginekoloji prosedurlar
Göstərdiyimiz xidmətlər
Kolposkopiya haqqında məlumatlar
Ən çox soruşulan suallar
Kolposkopiya qeyri-invaziv müayinə üsuludur,ambulator şəraitdə aparılır.Xəstə ginekoloji masada uzanır,uşaqlıq yoluna güzgü taxılır,ilk öncə uşaqlıq boynu fizioloji tampona hopdurulmuş pambıqla selikdən təmizlənib sadə baxış keçirilir,sonra isə 3%-li və ya 5%-li sirkə turşusuna hopdurulmuş pambıqla silinərək toxumaların bu məhlula qarşı reaksiyasına diqqət edilir,daha sonrakı etapda isə Lüqol məhlulu ilə uşaqlıq boynuna sınaq qoyulur və təkrar baxış keçirilir.Beləliklə mütəxəssiz yuxarıda qeyd olunan məhlullara qarşı uşaqlıq boynunun selikli qişasının reaksiyasına əsasən nəticə çıxardıb öz məsləhətini verir.
- Bu zaman biz adi gözlə görə bilmədiyimiz patologiyaları ,xüsusilə xərçəngönü xəstəlikləri aşkarlaya bilirik.
- Patoloji sahələr təyin edilir və məqsədyönlü biopsiya götürül.Biz kolposkopiyasız biopsiya götürəriksə sağlam və ya daha az zədələnmiş sahədən götürə bilərik və buda səhv diaqnoza səbəb ola bilər ki,nəticədə xəstəyə ziyan vermiş olarıq.
- Kolposkopiya aparmaqda digər məqsədimiz isə müalicə üsulunu düzgün seçməkdir,operativ və ya konservativ.
Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan,rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa,İnsan papilomavirusunun yüksək onkogen tipləri (16;18) pozitiv olarsa xəstə bir mənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir.Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir.
Kolposkopiyadan öncə xüsusi hazırlığa ehtiyac yoxdur,amma bu müayinədən 24 saat öncə aşağıdakı qaydalara əməl etmək məsləhətdir:
- Cinsi pəhriz olması.
- Vaginal şamlardan istifadə etməmək.
- Hamiləlikdən qorunmaq üçün vaginal tabletlərdən istifadə etməmək.
- Vaginal duş istifadə etməmək.
Kolposkopiya müayinəsi qeyri-invaziv üsul olduğundan tamamilə ağrısız olaraq aparılır.Lakin kolposkopiya zamanı həkiminiz şübhələndiyi bir sahədən biopsiya alarsa bu zaman az hiss olunan bir ağrılar ola bilər,bunada əsas səbəb uşaqlıq boynunda sinir reseptorlarının az olmasıdır.Sizə biopsiya təklif olunduqda bundan qorxmamanız lazımdır,bu sizdə xərçəng var şübhəsi yaratmamalıdır,əksinə belə xəstəliyin qarşısını almaq üçün aparılan yüksək informativlikli bir müayinədir.
Bəzən xanımlarda kolposkopiya haqqında yalnış fikirlərdə olur.Qeyd etmək istəyirəm ki,kolposkopiya müayinəsi tamamilə ziyansız bir müayinə üsuludur!
Kolposkopiya zamanı biopsiya alınmışdırsa:
- İlk bir həftə ərzinə ləkənmə ola bilər.
- İlk bir həftə cinsi pəhriz təyin edilməlidir.
- Vaginal tampon istifadə etmək olmaz.
- Vaginal şam,tablet istifadə etmək olmaz.
- Vaginal duş istifadə etmək olmaz.
Kolposkopiyadan sonra xüsusilə biopsiyada alınmışdırsa ilk həftə ərzində uşaqlıq yolundan qoxulu ifrazat gələrsə,çoxlu qanlı ifrazat gələrsə,qarının aşağı nahiyyəsində yaranan ağrılar olarsa,titrətmə,bədən hərarətinin qalxması baş verərsə mütləq olaraq həkiminizə müraciət edin.