Leisegang-3MV (Almanya)


Kolposkop ilk dəfə 1925 -ci ildə Alman alimi Hinselman tərəfindən kəşf olunub.Kolposkop xüsusi optik cihazdır - kolposkop vasitəsilə aparılan müayinə isə kolposkopiya adlanır.Kolposkopiya zamanı uşaqlıq boynu,uşaqlıq yolu,xarici cinsiyyət üzvü və perianal nahiyyədə olan xəstəliklərin dioqnostikasında geniş istifadə olunur. Kolposkopiya ambulator şəraitdə 15-20 dəqiqə ərzində aparılır və tam ağrısız müayinədir.Bu müayinə zamanı 3%-5% sirkə turşusu və 2% luqol məhlulundan istifadə olunaraq uşaqlıq obyekt 15:30:45 dəfə böyüdülərək daha detaylı təhlil olunur.Bu müayinəni aparmaqda məqsədimiz patalogiyaların təyini,biopsiya olunacaq sahələrin təyini və müalicə üsullarının (koservativ ve ya operativ)seçimidir.Bu müayinə bizə qadınların sadaladığımız orqanlarda bəd xassəli xəstəliklərin yaranmasının qarşısını almağa kifayyət qədər kömək edir.Xanımların ildə bir dəfə profilaktik məqsədlə kolposkopik müayinədən keçmələri məsləhətdir.