Vaginoplastika


Əksər hallarda vaginoplastika əməliyyatına doğuş travması keçirmiş qadınlar müraciət edir.Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır. Belə qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi olur. Həmçinin cinsi yaxınlıq zamanı əks cinsində də problemlərin yaranmasına səbəb olur.., Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.
Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur – nəticədə uşaqlıq yolu daraldılır.