Bartolin vəzi kistasının müalicəsi


Bartolin vəzi uşaqlıq yolu girəcəyində,qizlıq pərdəsinin ön hissəsində yerləşir.Bu vəzin funksiyası cinsi əlaqə zamanı selik ifraz ederek ilişkini asanlaşdırmaqdır.Bəzən infeksiya və ya digər səbəblərdən bu vəzin axacağı tutulur və icərisinə maye toplanır,buna Bartolin vəzin kistası deyilir.Əgər bura infeksiya qoşularsa Bartilon vəzin absesi əmələ gəlir.Bir abses olduqca şiddətli ağrılara səbəb olur. Bu ağrı çətin dayanır və ağrı kəsicilərə zəif cavab verən bir ağrıdır və abses boşaldılmadığı təqdirdə proses davam edir. Bəzi hallarda abses öz-özünə partlayaraq boşalır və ya həkim tərəfindən boşaldılır.
Bartolin kistası bir neçə santimetr diametrində ola biləcəyi kimi bir portağal böyüklüyündə də ola bilər. Kist neştərlə açılsa belə, qısa zamanda kanal əsasən təkrar tutduğundan regionda yenidən kist əmələ gəlmə ehtimalı yüksəkdir. Bu səbəblə kisti təsirli bir şəkildə müalicə etmək üçün kista Bartolin vəzlilə birlikdə tamamilə çıxarılmalıd;r.