CO2 lazerlə Labioplastika (İntim plastika)


Labioplastika normadan böyük ,geniş,qırış və sallaq olan kiçik cinsiyyət dodaqlarının kiçildilməsidir.Labioplastika cinsi istəyi azltmır və əməliyyatın icrası ücün yaş məhdudiyyəti yoxdur.Bu əməliyyat zamanı adətən ümümi və ya spinal anesteziyadan istifadə olunur,əməliyyat müddəti 40-50 dəqiqə çəkir,tikişlər sökülən düyünlü vəya sovrulan kosmetik olaraq qoyulur və 4 həftə cinsi pəhriz təyin edilir.CO2 lazer vasitəsilə aparılan labioplastika əməliyyatında isə bunlara ehtiyac olmur.Yerli anesteziya altinda kiçik cinsiyyət dodaqlarında istənilən estetik forma tibbi marker vasitəsilə cəkilir və 10-15 dəqiqə ərzində əməliyyat icra olunur və tikiş qoyulmur.Xəstə əməliyyatdan həmən sonra evə buraxılır və 2 həftə cinsi pəhriz təyin edilir