İnsan papiloma virusu


Bütün sevikal neoplaziyaların ,vaginal,vulvar və anal neoplaziyaların isə bir qisminin nəmələ gəlməsində əsas olaraq bu virusun rol oynadığı artıq təsdiq olunub.Bu virus nəinki genital,hətta ekstragenital (baş,boyun və s.) nahiyyələrdə əmələ gələn xərçəngin təxmini 5%-nə səbəb olur.İnsan papilomavirusunun(HPV) təxmini 130-a qədər tipləri mövcuddur,bunların içərisində 40-a qədər növləri aşağı genital zədələnmələr əmələ gətirir.Klinik olaraq Hpv tipləri onkogen xüsusiyyətlərinə görə iki qrupa ayrılır.Yüksək onkogen tiplər –HG Hpv və aşağı riskli-LG Hpv.Aşağı riskli Hpv tipləri(6,11) nadirən xərcəng əmələ gətirir.Servikal xərcəngi əsasən yüksək onkogen tiplər əmələ gətirir.HG Hpv(16,18,31,33,35,45,58) servikal xərcəngin 95%-ni təşkil edir.Hpv 16 dünyada CİN3 lezyonların 45%-ni,servikal xərcəngin 55%-ni,anogenital sistemin və orofarenksin Hpv mənşəli xərcənginin əsas hissəsini təşkil edir.Hpv 18 isə Hpv 16-ya nisbətən az rast gəlinir.Hpv 18 –skvamoz hüceyrəli xərçəngin 13%-ni,servikal adenokarsinomanın isə 37%-ni təşkil edir.Servikal xərcəngdə ən çox rast gəlinən tiplər Hpv 16,18,45,31-dir.Genital Hpv-yə yoluxma adətən ziyıl,cinsi əlaqə,bədən mayeləri və s baş verir.Genital Hpv infeksiyası multifokaldır ,beləki bir genital bölgədə olan neoplaziya digər bölgədə neoplaziya riskini artırır.Hpv infeksiyası vertikal(anadan dölə və ya yenidoğulmuşa) keçməsinə nadirən rast gəlinir.Doğuşda var olan və ya doğuşdan sonra 1-3 ol müddətində konyuktiva,laringa,vulva və perianal bölgələrdə ziyıllar,perinatal dövürdə kecirilmiş insan papilomavirusuna bağlı olmasını görsədir.Bu baxımdan anada Hpv infeksiyası varsa bu təbii doğuşa əks göstəriş deyil.Ancaq uşaqlıq yolunu bağlayan böyük ölçülü kondilomalar varsa və ya uşaqlıq boynunda doğuş zamanı qanaxmaya səbəb ola biləcək vəziyyətlər varsa bu zaman doguş kesəriyə əməliyyatı ilə başa çatdırılmalıdır.HG Hpv tipləriümumilikdə cinsi əlaqəyə başladıqdan cox qısa zaman sonra aşkarlanır.Collins(2002) və əməkdaşlarının ilk cinsi əlaqədən 6 ay sonra monoqon(tək portnyorlu)olan 242 qadın üzərində araşdırma aparmışdırlar və bunların 46%-də sevikal Hpv infeksiyası aşkarlanmışdır,infeksiyanın əmələ gəlməsi üçün ortalama zaman 3 ay olması bildirilmişdir.Hpv infeksiyasına ən çox 25 yaşa qədər rast gəlinir,yaş artdıqca bu infeksiyaya rast gəlmə tezliyi də azalır.Hpv infeksiyasının varlığı klinik lezyonların görsənməsinə,sitoloji,histoloji,kolposkopik olaraq qoyula bilər,ancaq dəqiq dioqnoz isə HPV DNA testidir.Bu in situ hibridizasiya,polimeraza zəncirvari reaksiya(PCR) və s. qoyula bilər.HC2 HG-HPV DNA testində 13 onkogen tiplər aşkarlanır.Daha yeni üsul olan Cervista HG HPV testində isə 13 onkogen tiplərə əlavə olaraq Hpv 66 da yoxlanılır.Gənc bir qadında tipik bir ziyıl varsa və ya sitoloji,histoloji müayinə ilə high grade servikal neoplaziya vəya invaziv xərçəng aşkarlanmışsa Hpv infeksiyasının olduğu var sayılır və Hpv üçün rutin test etməyə ehtiyac olmur.Hpv DNA testi adətən 21-35 yaş arsı qadınlarda rutin olaraq yoxlamq məsləhət görülür.Hpv infeksiyasının xüsusi müalicə üsulu yoxdur və buna ehtiyac olmur,sadəcə immun sistemin normallaşdırılması məsləhət görülür.Hpv-nin yaratdığı ziyıllar,neoplaziyalar və ya invaziv xərçəng varsa ,bunlar uyğun metodlarıyla müalicə olunur.Dünyada Hpv infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdəndə istifadə olunur.Hazırda iki peyvənd mövcuddur.Dörd valentli Gardasil(6,11,16,18) və iki valentli Cervarix (16,18).Peyvənd Hpv infeksiyasına yoluxmadan öncə vurulmalıdır,çünkü bu peyvəndlər Hpv infeksiyasını yox etmir sadəcə Hpv –yə qarşı qanda antigenlər yaradır.Peyvəndlər adətən 11-12 yaşlarında və ya ilk cinsi əlaqəyə qədər 13-26 yaş arasında vurulmalıdır.Hər iki növ peyvəndin vurulması 70% - ə qədər servikal xərçəngin qarşısını alır. Servikal xərçəngin yaranmasında 30%-i isə digər Hpv tipləri yaradır.