Sonohisteroqrafiya (SHG)


Bu müayinə uşaqlıq boşluğu patologiyalarını təyin etmək üçün aparılır.

Uşaqlıq boynundan 2-3 mm qalınlığında katetir uşaqlıq boşluğuna daxil edilir, uşaqlıq boşluğuna steril maye vurulur və ultrasəs müayinəsi vasitəsilə uşaqlıq boşluğuna baxılır. Bu zaman uşaqlıq boşluğu genişləndiyindən daxilindəki patologiyalar daha aydın görsənir.

SHG müayinəsi aşağıdakı hallarda aparılır:
  • Sonsuzluq ( uşaqlıq boşluğu patologiyalarının təyini)
  • Mioma,polip
  • Anormal uşaqlıq qanamaları
  • Təkrarlayan düşüklər
  • Uşaqlığın quruluş anomaliyalar

SHG –sonra qarının aşağı nahiyyəsində yüngül ağrılar, açıq çəhrayı rəngli ifrazat gələ bilər. Bəzən müayinədən sonra xəstəyə ağrı kəsici və antibiotik təyin edilir.