İki buynuzlu uşaqlıq (Bicornuate uterus)


İki buynuzlu uşaqlıq –bətndaxili dövrdə Müller kanalaının anomaliyası zamanı yaranır.Bu zaman iki ayrı, ancaq bir biri ilə əlaqəsi olan uşaqlıq boşluğu (endometrium) və bir uşaqlıq boynu olur.Bu proses uşaqlıq boynuna qədər uzanarsa tam ,az olarsa hissəvi iki buynuzlu uşaqlıq əmələ gəlir.İki buynuzlu uşaqlığı olan qadınlarda uşaq doğma şansı 60 % -dir.Bu anomaliyada vaxtından əvvəl doğuş riski yüksək olur.Tam iki buynuzlu uşaqlıqda vaxtından əvvəl doğuş və düşük riski 66%,hissəvi formada isə 20-28 % təşkil edir.Bu anomaliyanın diaqnostikasında HSQ (histerosalpinqoqrafiya)müayinəsi aparılır.Bu müayinə TVS(transvaginal ultrasəs) ilə birlikdə aparılarsa informativlik daha yüksək olar.Bu zaman uşaqlığın boşluğu arakəsməli (septum) və ya iki buynuzlu formada olmasını daha yaxşı təyin edə bilərik.Bu anomaliyalarda MRT müayinəsi daha informativdir.
İki buynuzlu uşaqlığın cərrahi müalicəsi (Metroplastika əməliyyatı) ,yalnış düşük sayı çox olan xəstələrə məsləhət görülür.Çünki bu əməliyyatın effektliyi haqqında kliniki çalışmalar hələki yoxdur.