Niyə kolposkopiya müayinəsi MÜTLƏQDİR!!!


Uşaqlıq boynu xərcəngi qadınlarda süd vəzi xərcəngindən sonra rast gəlmə tezliyinə görə ikinci,qadın ölümünə səbəb olaraq isə dünyada birinci yerdə durur.Hər il dünyada 465 000 qadında ilkin olaraq bu xəstəlik qeydə alınır və hər il 250 000 - ə qədər ölüm halı baş verir.Təbii ki,bu gösrərici kifayyət qədər ciddidir və uşaqlıq boynu xəstəliklərinin nəinki Azərbaycanda ,dünyada qlobal bir problem olduğunun göstəricisidir.Uşaqlıq boynu xərcəngi bir başa olaraq yaranmır əvvəlcə uşaqlıq boynunun fon sonra 3 etapda(yüngül,orta,ağır) xərcəngönü zədələnmələri yaranır və statistikalara görə bu xəstəliyin formalaşması üçün 5-17 il vaxt kecir.Qadınların ildə bir dəfə verməli olduqları sitoloji müayinənin(Pap-smear) informativliyinin 60% olduğunu nəzərə alsaq,bu analizin cavabının normal gəldiyi halda belə ildə bir dəfə qadınların kolposkopik müayinədən keçmələri mütləqdir.Kolposkopik müayünə bizə tək uşaqlıq boynunun patologiyalarının təyinində deyil,biopsiya olunacaq sahələrin təyinində və müalicə üsulunun secilməsində də kömək edir.
Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asan və daha ucuzdur!