Hamiləlik zamanı kolposkopik müayinə


Hamiləlikdən öncə ailə planlaması zamanı qadınların uşaqlıq boynu skrininq müayinələrindən (kolposkopiya,Pap-smear) keçmələri məsləhətdir.Hamiləlik zamanı immun sistemin azalması və qadın orqanizmində baş verən hormonal dəyişikliklər uşaqlıq boynunda olan yüngül patalogiyaların hamiləliyin sonuna qədər daha ciddi patalogiyalara çevrilməsinə səbəb ola bilər.Hamiləlik zamanı kolposkopiyaya göstərişlər bunlardır: kontakt qanamalar,müalicəyə tabe olmayan iyli,qanlı ifrazatlar,hamiləlik öncəsi sitoloji (Pap-smear) müayinədə atipik hücüyrələr aşkarlanarsa və xəstə müalicə almamış olarsa.Qadın hamiləlikdən öncə hec vaxt uşaqlıq boynu skrininq müayinəsindən keçməmişdirsə ,hamiləliyin I və II yarısında bu müayinədən keçməsi məsləhət görülür.Əgər displaziya(xərçəngönü xəstəlik)aşkarlanarsa hamiləliyin 28 həftəsində təkrar kolposkopiya ehtiyac olarsa biopsiya götürülməlidir,xəstə nəzarətdə saxlanaraq hamiləlik başa çatdırılmalı və doguşdan 6-8 həftə sonra təkrar biopsiya götürülməlidir.Hamiləlik zamanı uşaqlıq boynu xərçəngi və xərçəngönü proses aşkarlanarsa hamiləlik Keysəriyə əməliyyatı ilə başa çatdırılır.