Kolposkopiya nədir?


Kolposkopiya müayinə üsuludur. Bu müayinənin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna və uşaqlıq yoluna baxmaq imkanı verir.
Geniş kolposkopiya – uşaqlıq boynunun daha dərindən müayinəsidir. Bu, adi kolposkopiya zamanı gözə çarpmayan dəyişiklikləri aşkar etməyə imkan verir. Geniş kolposkopiya zamanı həkim ardıcıl şəkildə əvvəlcə uşaqlıq boynuna sirkə turşusu, sonra isə lüqol çəkilir. Bu maddələr selikli qişada səciyyəvi dəyşikliklərə səbəb olur və bu dəyişikliklərə əsasən uşaqlıq boynunda gedən arzuolunmaz proseslər haqqında mühakimə yürütmək olur.
Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplagiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Bir qayda olaraq, kolposkopiya sitologiyanın nəticələri pis olduqda və ya həkimdə uşaqlıq boynunda hansısa patologiyaya şübhə yarandıqda, təyin olunur. Çox vaxt diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.
Ayabaşı günlərindən başqa, kolposkopiyanı menstrual tsiklin (aybaşının) istənilən günü etmək olar. Menstruasiya (aybaşı) zamanı kolposkopiyanı ona görə etmirlər ki, bu, diaqnostikanı çətinləşdirir.
Lazım gəldikdə, kolposkopiyanı hamiləlik zamanı da etmək olar. Bu müayinə uşaqsalma riskini artırmır.