Uşaqlıq boynunun eroziyası, əlamətləri, müalicəsi və profilaktikası


Uşaqlıq boynunun eroziyası,əlamətləri,müalicəsi və profilaktikası
Eroziya toxuma defekti deməkdir.Xəstəliyə istənilən yaş qrupunda olan qadınlarda rast gəlmək mümkündür.Uşaqlıq yolunun eroziyası bəzən epitel toxumasının xərçəngönü vəziyyəti kimi də qiymətləndirilir.Uşaqlıq boynunda eroziyanın herpes 2 və nsan papilomavirusu ilə birlikdə rast gəlinməsi uşaqlıq boyunu xərçəngi riskini artırır.Eroziya uşaqlıq boynunda 2mm-dən 2 sm-ə qədər ölçüdə ola bilir.
Əmələ gəlmə səbəbləri
* erkən intim həyata başlamaq
* cinsi infeksiyalar və iltihabi xəstəliklər(herpes,xlamidoz,ureaplazmoz,trixamoniaz,qonoreya,uşaqlıq yolunun disbakteriozu)
* travmalar(abortlar,mexaniki zədələr,doğuşlar,operativ zədələr)
* hormon və immun çatışmazlığı(yumurtalıqların disfunksiyası,endokrin xəstəliklər,immunitetin zəifləməsi)
Əlamətləri
Xəstəlik əmələ gəldiyi vaxtlarda əsasən əlamətlər vermir. Əksər hallarda ginekoloqun təsadüfi yoxlaması nəticəsinə aşkar edilir.Bəzi hallarda isə xəstələr irinli və qanlı axıntının olmasından,cinsi əlaqə zamanı qanlı ifrazatın olmasından şikayət edirlər.
Diaqnoz
Xəstəliyin diaqnozu ilkin müayinə zamanı aşkar edilir.Diaqnozun tam təsdiqlənməsi üçün aşağıdakı proseslər həyata keçirilir:
* xəstəyə güzgü ilə baxış
* uşaqlıq yolunda infeksiyanın olub olmamasının yoxlanılması
* kolposkopiya
* sitoloji müayinə
* uşaqlıq boynunun biopsiyası
(histoloji müayinə)
Müalicəsi
Eroziyanın müalicəsi ümumi və kompleks şəkildə aparılır.Müalicə xəstəliyi əmələ gətirən səbəblərdən və onun ağırlıq dərəcəsindən asılı olaraq aparılır.Müalicə aşağıdakılardan ibarətdir:
* iltihabəleyhinə dərman preparatğlarından
* antibakterial və virusleyhinə müalicə üsullarından
* immunitet artırıcı müalicədsən
* yerli turşuluğu azaldan siroplardan
* zədlənmiş nahiyənin azotla silinməsindən
* CO2 lazervaporizasiya
Profilaktikası
Mütəxəssislər profilaktika məsədilə ən azı ildə bir dəfə ginekoloqun müayinəsində olmağı məsləhət bilir.Çünki,xəstəliyə nə qədər erkən diaqnoz qoyularsa o zaman onun müalicəsi də qısa müddət tələb edər.