Uşaqlıq boynunun endometriozu nədir və niyə yaranır?


Endometrioz-uşaqlığın ic qatının(endometrium toxumasının) başqa orqanlarda olmasına deyilir.Bu toxumanın uşaqlığın orta qatında(miometriumda )yerləşməsi isə adenomioz adlanır.Bu xəstəlik özunu qarının aşağı nahiyyəsində,bel nahiyyəsində olan ağrılar,ağrılı aybası,aybaşı öncəsi və sonrası tund qəhvəyi ləkələrin olması,qeyri-müntəzəm aybaşı,sonsuzluq kimi əlamətlərlə aparır və əsasən 18-45 yaş arası qadınlarda rast gəlinir.Endometriozun yaranma səbəbi tam məlum deyil.Bu xəstəliyin yaranmasına səbəb olaraq menstruasiya zamanı uşaqlıq boruları vasitəsilə aybaşı qanının qarın boşluguna atılması,qan və limfa axını,irsi faktor kimi hallar nəzərdə tutulur.Endometriozun müalicəsi cərrahi+konservativ aparılir.Uşaqlıq boynbunda endometrioza daha az rast gəlinir .Uşaqlıq boynunda olan endometrioid heterotopiyaları menstruasiya öncəsi daha yaxşı görürük və bu xəstələr bəzən cinsi əlaqə zamanə az qanlı ifrazatın olmasından şikayət edirlər.Uşaqlıq boynunun endometriozunda CO2 lazer müalicəsindən müvəfəqiyyətlə istifadə olunur.