Trixomoniaz cinsi yolla kecən infeksiyadır,törədicisi "Trichomonas vaginalis"dir .Bu infeksiya əsasən sidik-cinsiyyət sistemini zədələyir və uşaqlıq yolundan gələn iyli ifrazat, intim hissədə qaşınmalar,ağrılı cinsi əlaqə,ağrılı sidik ifrazı və s əlamətlərlə təzahür edir. Trixomonioz infeksiyasında köpüyə bənzər ifrazat olur. Uşaqlıq boynu nu bu ifrazatdan təmizlədikdən sonra selikli qışada çoxsaylı qırmızı ləkələr görünür. Sirkə turşusu ilə sınaqdan sonra qırmızı rəngli sahələr ağarır, bu da epitelin iltihabi mənşəli zədələnməsini göstərir. Zədələnmiş epitel özündə qlikogeni itirə bilər. Bu da yodla boyanmağa mane olur.