Uşaqlıq boynunun eroziyası


Uşaqlıq boynunun eroziyası - uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsinin selikli qişasının toxuma defektidir. Eroziya xoş xassəli prosesdir və nadir hallarda bəd xassəli prosesə keçir. Bu xəstəliyin əmələ gəlmə səbəbləri erkən cinsi həyata başlama, tez-tez cinsi partnyoru dəyişmə, cinsi yolla ötürülən infeksiyalar(insan papilomavirusu, xlamidioz, trixamonioz, qonoreya, uşaqlıq yolu disbakteriozu və s.), travma(abort,mexaniki zədələnmə), hormonal və immun pozulmalardır. Xəstəliyin əlamətləri - menstrual siklə bağlı olmayan uşaqlıq yolundan gələn qanlı ifrazat, cinsi əlaqə zamanı ağrı hissi və selikli qanlı ifrazat,qarının aşağı nahiyyəsində olan ağrılardır. Bəzən isə klinik əlamət vermir və ilkin olaraq ginekoloji müayinə zamanı aşkarlanır. Uşaqlıq boynu eroziyası diaqnozunu bəzən adi güzgü ilə qoymaq çətinlik törədir, diaqnozu dəqiqləşdirmək üçün genişləndirilmiş kolposkopiyadan istifadə olunur. Sitoloji və histoloji müayinələr aparılır. Son zamanlar eroziyanın müalicəsində Lazervaporizasiyası geniş tətbiq olunur, çünkü bü müalicə üsulundan sonra uşaqlıq boynunda çapıq toxuma qalmır və sağalma qısa müddətdə başa çatır. Ehtiyac olarsa lazervaporizasiyası ilə yanaşı konservativ müalicədə təyin edilir.