Dünyada ildə 500 min qadında ilkin olaraq bu diaqnoz qoyulur və bu xəstəliyə bağlı olaraq il ərzində 25 min ölüm halı qeyd olunur.Uşaqlıq boynu xərcənginin orta yaş həddi 52 dir. Bu xəstəliyə ən sıx 35-39 yaş və 60-64 yaş arası rast gəlinir.Bu xəstəliyin etiologiyasında insan papiloma virusu dursada xəstəliyin yaranma səbəbini artıran risk faktorlarıda vardır.
Siqaret çəkmə
HİV ; HSV 2
xlamidiya
KOK(kombinə olunmuş oral kontrasepsiyalar)
Sosial faktorun aşağı olması
Erkən cinsi həyat
Cox partnyorluq və s.
Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün qadınların ildə bir dəfə skrininq müayinələrdən keçmələri məsləhətdir
Pap-smear(uşaqlıq boynundan götürülmüş yaxmanın sitoloji müayinəsi)
Genişləndirilmiş kolposkopik müayinə
30 yaş uzərində HPV DNA testi