Uşaqlıq boynu xərçənginin yaranma səbəbi nədir?


Uşaqlıq boynu xərçənginin yaranma səbəbi papiloma virus infeksiyasıdır. Kaliforniya universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişən qadınlar üzərində araşdırma apardılar. Araşdırma nəticəsində həmin qadınlarda papiloma virusu infeksiyasının həm onkogen həm də qeyri-onkogen tipləri aşkar olundu və bu fikir təsdiqləndi. Ancaq papiloma virus infeksiyasına yoluxduqdan sonra uşaqlıq boynunda yastı kondiloma formalaşır. Biz güzgü müayinəsi zamanaı təmiz uşaqlıq boynu görürük,lakin kolposkopiyada sınaq etdikdən sonra bunu görə bilirik. Bundan başqa papilomavirus infeksiyasını və onun yaratdığı fəsadları uşaqlıq boynundan götürülmüş materialın sitoloji (Pap-smear),histoloji (Biopsiya) və Hpv DNK testi(PZR) ilədə aşkarlaya bilərik