Uşaqlıq boynu xəstəliklərinin aktuallığı nədir?


Uşaqlıq boynu patologiyaları nəinki Azərbaycanda, ümumiyyətlə dünyada aktual olan bir mövzudur. Hazırda uşaqlıq boynunun bədxassəli xəstəliyi reproduktiv sistemdə rast gəlmə tezliyinə görə süd vəzindən sonra ikinci yerdə durur. Ancaq dünyada qadın ölümünə ən çox səbəb kimi birinci yerdə rast gəlinir.Təbii ki, bu xəstəlik birdən-birə yaranmır,bundan öncə xərçəngönü (displaziyalar) vəziyyətlər yaranır. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicə üsullarının düzgün seçilməsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər almış olur.
Uşaqlıq boynu üçün skrininq müayinələr:ildə bir dəfə -Pap-smear,genişləndirilmiş kolposkopiya,Hpv DNK testi(xüsusilə30 yaş üzəri)və ehtiyac oldugunda biopsiya.