Uşaqlıq boynu xəstəlikləri sırf xərçəngləmi bağlıdır?


Uşaqlıq boynunda ayrıca olaraq iltihabi-infeksion xəstəliklər yaranır, əsəs olaraq isə bu xəstəliklər 3 qrupa ayrılır.Fon xəstəlikləri(eroziya,polip,leykoplagiya,papiloma və s.), xərçəngönü xəstəliklər(L-SİL,H-SİL) və uşaqlıq boynunun xərçəngi. Xəstəlik vaxtında aşkarlanmasa, düzgün diaqnostikası aparılmasa, daha ciddi problemlər yarada bilər.Fon xəstəlikləri ginekoloji baxış zamanı aşkarlamaq çətinlik törətmir , amma xərçəngönü xəstəlikləi (uşaqlıq boynunun displaziyaları) isə gözlə təyin etmək mümkün deyil. Onu deyim ki, yüngül dərəcəli displaziyalar, xərçəngönü vəziyyət varsa, bunun orta dərəcəyə keçməsi üçün haradasa 2 ilə qədər vaxt tələb olunur. 2 ildən 5 ilə qədər ikinci dərəcəli xərçəngönü vəziyyəti üçüncü dərəcəyə keçir. Statistikaya görə uşaqlıq boynunun xərçənginin inkişafı üçün 5 ildən 19 ilə kimi vaxt çəkir. Əgər ildə 1 dəfə profilaktik olaraq ginekoloq müayinəsindən keçilsə və uşaqlıq boynu üçün nəzərdə tutulmuş skrininq müayinələr həyata keçirilsə, biz uşaqlıq boynu displaziyalarını vaxtında aşkar edə bilərik. Bu halda bədxassəli xəstəliyin yaranma ehtimalını sıfıra endirmiş olarıq.