Yaşlı qadınlarin sitoloji müayinəsi (Pap-smear)


Sitoloji müatyinə(Pap-smear) uşaqlıq boynu xərcənginin qarşısını almaq üçün aparılan skrininq müayinə üsuludur.Bu müayinəni ildə bir dəfə keçmək məsləhətdir. Yaşlı qadınların uşaqlıq boynundan götürülmüş yaxmanın sitoloji müayinəsində atipik hüceyrələrin olması xüsusi diqqət tələb edir,cünki bu yaş dövrü qadınlarda uşaqlıq boynu,uşaqlıq yolu və uşaqlıq cismi xərçənginə daha çox rast gəlinir.Displaziyanın ilkin əlaməti başlandığı dövürdən invaziv xərçəngin əmələ gəlməsinə qədərki dövürə,60 yaş üzəri qadınlarda 40 yaşdan aşağı qadınlara nisbətən 2-16 dəfə cox rast gəlinir. Əğər sitoloji müayinədə hüceyrə atipizmi - atrofiyaya bağlı olaraq əmələ gələ biləcəyi şübhəsi yaradarsa, belə xəstələrə 4 həhtə boyunca yerli estrogen təyin edib təkrar sitoloji müayinə götürmək lazımdır.