Uşaqlıq boynu xəstəliyinin diaqnostikası necə aparılır?


Uşaqlıq boynunun skrininqi uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılır. Bunun üçün ildə 1 dəfə qadınlar mütləq olaraq sitoloji(Pap-smear) müayinədən keçməlidirlər. Burada uşaqlıq boynundan yaxma götürülür və marfoloqlar tərəfindən dəyərləndirilir.İknici müayinəyə uşaqlıq boynunun kolposkopik müayinəsi daxildir. Adətən birinci müayinə zamanı cavab müsbət çıxırsa, qadınlar düşünürlər ki, ikinci müayinəyə ehtiyac yoxdur. Ancaq bu doğru deyil. İldə bir dəfə kolposkopik müayinədən də keçilməlidir. Çünki, uşaqlıq boynundan götürülmüş materialın sitoloji müayinəsi 100 faizlik müayinə metodu deyil. Bunun informativliyi 60 faizdir. Kolposkopik müayinəilə birlikdə aparılarsa infarmativlik daha yüsək olar.Uşaqlıq boynu xəstəlikləri üçün ən dəqiq müayinə, uşaqlıq boynunun histoloji müayinəsidir. Ancaq histoloji müayinə üçün də bizə kolposkopik müayinə lazımdır. Çünki biz götürdüyümüz patoloji sahəni dəqiq bilməliyik. Kolposkopik müayinədən sonra əgər ehtiyac olarsa, papilloma virus skrininqi olunur. Lazım gəlsə, uşaqlıq boynundan biopsiya götürülüb histoloji müayinəyə göndərilir