Uşaqlıq yolunun kolposkopiyası


Kolposkopik müayinə tək uşaqlıq boynunun xəstəlikləri üçün aparılmır,uşaqlıq boynunun davamı kimi uşaqlıq yoluna, xarici cinsiyyət üzvünə və perianal nahiyyəyə də baxılır.Bundan başqa uşaqlıq yolunun kolposkopiyasına ehtiyac duyulan xususi vəziyyətlər də mövcuddur.
1.Histerektomiyadan (uşaqlıq boynunun uşaqlıqla birlikdə çıxarılması ) sonra anormal Pap testi cavabı.
2.Uşaqlıq boynu neoplaziyasının tam müalicəsindən sonra anormal Pap test cavabı.
3.Palpasiya zamanı və ya gözlə görünən leziyon varsa.
4.Uşaqlıq boynu,xarici cinsiyyət üzvü, perianal və anal papillomavirus xəstəliyi olan bütün hallar.
5.Uşaqlıq boynu neoplaziyalar (xərçəngönü vəziyyətlər)
6.Bətndaxili dövürdə ana DES (dietilbestrol) qebul etmişsə.
7.Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları.
8.Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə.
Postmenopauza dövründə səhv diaqnozun olmaması üçün pasientə gündə 1 gr estrogen təyin edib 4həftə sonra kolposkopik müayinə aparmaq tövsiyyə olunur.