Emfizematoz vaginit (vaginits amfizematoza)


Emfizematoz vaginit (vaginits amfizematoza) Kolposkopiya zaman çox nadir rast gəlinən patologiyadır. Bu zaman uşaqlıq yolunda və uşaqlıq boynunda qaz ilə dolu qabarcıqlar ya bakteriya və ya trixamanioz infeksiyası səbəbindən kistoz boşluqlar əmələ gəlir. Bu patologiyaya hamilə və immun defisitli xəstələrdə digərlərinə nisbətən daha çox rast gəlinir.Kistaların ölçüsü bir neçə mm-dən 20 mm -ə qədər ola bilir. Əsasən simptomsuz keçir. Bəzən cinsi əlaqə zamanı kistaların cırılması zamanı partlama səsi eşidilir və cinsi əlaqədən sonra qan izləridə görsənə bilər. Kolposkopiya zamanı uşaqlıq yolu divarı qalınlaşmış və ya “çınqıl daşı”formasında görünür. Bu patologiyaya ən çox ektoserviksdə və uşaqlıq yolunun distal hissəsində rast gəlinir.Kolposkopik müayinə zamanı biopsiya etmədən də diaqnoz qoyula bilər. Müalicəsi etioloji olaraq aparıldıqda, qabarcıqların öz-özünə yox olması hallarına da rast gəlinir.