Xarici cinsiyyət üzvünün xərçəngönü xəstəlikləri


Vulvanın xərçəngi ginekoloji xərçəngin 3-5% təşkil edir.90% skvamozdur. Vulva keratinizasiya uğramış toxuma ilə örtüldüyündən və VİN HGVİN-ya və invaziv xərçəngə keçmədiyindən VİN –in CİN-in analoqu oldugunu demək olmaz.Son illər aparılmış araşdırmalara əsasən vulvae ca in situnun artması söylənmişdir və bunun Hpv artışına bağlı olması düşünülmüşdür.VİN lezyonların təxmini 80%-də HPV DNA aşkarlanmışdır.Hpv-in vulva xərçəngi ilə əlaqəsi daha azdır.Vulvanın prekanserogen təsnifatında artıq VİN1 ləğv olunmuşdur.VİN1 dedikdə ancaq ziyıl,bazaloid və s. nəzərdə tutulur.VİN2 və VİN3 isə birləşdirilərəkVulvanın CİS(karsinoma in situ) adlandırılmışdır.
VİN simptomları:
Qaşınma
Ağrı
Yanma
Axıntı
Rəng dəyişikliyi
Sidik ifrazı zamanı narahatçılıq hissi
Öncədən var olan nevus və ya ziyılda ölçü və rəng dəyişikliyi
VİN dioqnostikası:Vulvoskopiya,Biopsiya+histoloji müayinə
Müalicə üsulları:
Eksiziya
CO2 lazer ablasiya
Topikal müalicə və s