Vulvoskopiya- xarici cinsiyyət üzvünün (vulvanın)kolposkop vasitəsilə aparılan müayinəsidir.Bu müayyinə zamanı adətən 7.5 dəfəlik böyütmə aparılır bu da həkim üçün daha aydın görüntü verir.Vulvoskopiya zamanı KOLİNZA sınağı (Toludin abısı: 5% sirkə turşusu) qoyulur bu da bizə vulvada olan patologiyaların və biopsiya olunacaq sahənin təyinində əvəzsiz kömək edir.Xarici cinsiyyət üzvündə olan istənilən ləkələrin(qara,qəhvəyi,qırmızı), müalicəyə tabe olmayan qaşınmaların olması vulvoskopiya müayinəsinə göstərişdir.Qadınlara ayda bir dəfə özlərinin xzarici cinsiyyət üzvünə baxış kecirmələri tövsiyyə olunur və əgər dəri və vulvanın selikli qişasında dəyişiklik əmələ gələrsə həkimə müraciət etməlidirlər.Çünkü vulvanın bəzi xoş və bəd xassəli xəstəlikləri başlanğıc mərhələdə eyni görünüşdə olur.