Mikropapilalar (normal vəziyyət)


Kiçik cinsiyyət dodaqlarının iç səthində olan mikropapilyar dəyişiklik cox zaman səhvən papilomavirus mənşəli zədələnmə kimi qiymətləndirilir. Həmin nahiyyədən götürülmüş biopsiya materialın histopatoloji incələnməsində papilomavirusa xarakter olan koilositik dəyişikliyə rast gəlinmir. Amma biopsiya götürmədən də kolposkopist tərəfindən bunu ayırd etmək olar. Mikropapilalar hər biri ayrı ayaqcıga malik olur, 3-5% sirkə turşusu ilə sinaq zamanı rəngi dəyişmir. Bu vəziyyət normaldır və müalicə tələb etmir. Papilomavirus mənşəli zədələnmələr isə geniş esaslı multipapilomatoz olur və 3-5% sirkə turşusu ilə reaksiya zamanı ağarır.