Piy vəzlərinə normalda tük folikulları olan yerdə rast gəlinir. Bəzən isə piy vəzlərinə ektopik (yəni normalda rast gəlinməyən yerdə olması) olaraq cinsiyyət dodaqlarının iç səthində-selikli qişada rast gəlinir və buna FORDYC"S SPOTLARI deyilir. Bəzən həkimlər tərəfindən bu patologiya kimi qiymətləndirilir, amma həmin nahiyyədən alınmış biopsiyada piy vəzlərinin hiperplaziyasına rast gəlinir ki, buda normal vəziyyətdir və müalicə tələb etmir.