Vulvanın-xarici cinsiyyət üzvünün müayinəsi


Xarici cinsiyyət üzvünün müayinəsi qadının özünün müayinəsi ilə başlamalıdır. Hər bir qadın ayda bir dəfə güzgü ilə xarici cinsiyyət üzvünü müayinə etməlidir və istənilən rəng dəyişikliyi (qara, qəhvəyi,açiq çəhrayı qırmızımtıl və s.) olarsa mütləq həkimə müraciət etməlidir. Çünki vulvada istənilən rəng dəyişikliyi normal hal oldugu kimi xərçəngönü və bəd xassəli xəstəlikdə ola bilər. Ginekoloqun müayinəsi Vulvoskopiya (Kolinza sınagı qoyaraq kolposkop vasitəsilə patoloji sahənin təyini) ilə başlamalıdır və dioqnozu dəqiqləşdirmək üçün biopsiya götürülməlidir. Vulvanın(xarici cinsiyyət üzvünün ) xəstəliklərinin dəqiq dioqnostikası histoloji müayinə ilə qoyulur.