Cinsi yolla keçən bütün xəstəliklərdə sifilis və Hpv-infeksiyasını(insan papilomavirusu) inkar etmək lazımdır.İlkin olaraq vulvoskopik müyinə aparılır,cükü vulva(xarici cinsiyyət üzvü) bərk şankırın lokalizasiya olunduğu yerlərdən biridir..Birincili sifilis seroloji reaksiyada 50% hallarda neqativ olur.Bərk şankırda ağrızız eroziv sahə əmələ gəlir və digər infeksiyaların əmələ gətirdiyi eroziyalardan daha böyük,daha dərin olur.Vulvoskopiyadan sonra yara möhtəviyyatı şüşəyə yaxılır və ya histoloji müayinə üçün biopsiya götürülür.Götürülmüş materialda "Treponema pallidium" un aşkarlanması diaqnozu təsdiqləyir.İkincili sifilisdə vulvada geniş əsaslı kondiloma əmələ gəlir və xarici görünüşünə görə iti uclu kondilomadan fərqlənir.Götürülmüş bioptat materialında "Treponema pallidium" un aşkarlanması diaqnozu təsdiqləyir.