Xarici cinsiyyət üzvü və perianal nahiyyənin xərçəngönü vəziyyəti


Vulvanın bəd xasssəli xəstəliklərinin 50%-i papilomavirus mənşəli zədələnmələrin payına düşür.Uşaqlıq boynunda rast gəlinən CİN - i (uşaqlıq boynunun displaziyası) olan hər 5 xəstənin 1 -də VİN - ə (vulvanın displaziyası) rast gəlinir.Bu baxımdan uşaqlıq boynunun kolposkopik müayinəsinin davamı olaraq mütləq uşaqlıq yoluna,xarici cinsiyyət üzvünə (Vulvoskopiya) və perianal nahiyyəyə baxmaqn lazımdır.