Xarici cinsiyyət üzvünün distrofiyası (kraurosis vulvae)


Bəzən qadınlar xarici cinsiyyət üzvündə müalicəyə tabe olmayan uzun müddətli qaşınmaların olmasından şikayyət edirlər.Hətta verdikləri analizlərdə heç bir infeksiyanın çıxmamasınıda qeyd edirlər və bu qeyri müəyyən vəziyyət onları təbiiki narahat edir.Bunu bilmək lazımdır ki,xarici cinsiyyət üzvündə (vulvada) olan qaşınmalar tək infeksion mənşəli omur,qeyri infeksion mənşəli xəstəliklərdə mövcuddur,hansiki bunu dəqiqləşdirmək üçün Vulvoskopiya və biopsiyaya ehtiyac olur.Bunlardan biridə istənilən yaş dövründə daha çox isə menopauza dövründə rast gəlinən Krauroz xəstəliyidir.Krauroz xəstəliyi zamanı ilkin olaraq vulvada qizartı,şişkinlik yaranır və arabir nə isə sancırmış kimi hissiyatlar olur.Sonradan həmin nahiyyədə piqmentasiya prosesi pozulur,ağarma əmələ gəlir,dəri selikli qişalar öz elastikliyini itirir,quruma yaranır.3-cü etapda isə vulva tam atrofiyalaşır,çapıq toxuma əmələ gəlir.Böyük və kiçik cinsiyyət dodaqları kiçilir,uşaqlıq yolu daralır və buna görədə cinsi əlaqə ağrılı olur.Bundan başqa sidik kanalının girəcək hissəsi və anal dəlikdə daralır.Bu baxımdan sidik ifrazı və defekasiya aktıda ağrılı olur.Xəstəliyin yaranma səbəbi tam məlum olmasada,neyroendokrin pozulmalar (böyrküstü vəz,qalxanvari vəz,yunurtalıq),xroniki iltihabi proses,papilomavirus,Herpes 2,immunoloji faktorlar və s. bu prosesi stimulyasiya edir.Xəstəliyin daha erkən stadiyalarda aşkarlanması müalicənin effektivliyini yüksəldir.