Pap test nədir?

Pap-testin nədir?

Pap-test uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin qarşısını almaq üçün aparılan skrinin müayinə üsuludur.

Pap-test necə götürülür?

Bu müayinə qadın ginekoloji masada uzandıqdan sonra uşaqlıq yoluna güzgü taxılaraq götürülür.İlkin olaraq uşaqlıq boynu pambıqla selikdən təmizlənilir,sonra taxta şpatellə uşaqlıq boynunun xarici hissəsindən yaxma götürülüb əşya şüşəsinə yaxılır,daha sonra isə dişli fırça ilə servikal kanaldan analiz götürülüb əşya şüşəsinə yaxılır,qurudulur,fiksasiya edilir və müayinə üçün laboratoriyaya göndərilir.

Pap-test analizindən öncə nəyə diqqət etmək lazımdır?

Xəstə bu müaynədən ən azı 24-48 saat əvvəl cinsi əlaqəyə girməməlidir,vaginal duş qəbul etməməlidir,vaginal tampon,krem,kontrasepsiya istifadə etməməlidir.Servisit və ya vaginit varsa öncə müalicə olunmalı sonra analiz götürülməlidir.Uşaqlıq boynunun çox qatlı yastı hüceyrəli  epitelinin görünüşü menstrual siklin gününə uyğun olaraq və hormonal təsirə əsasən dəyişir.Bu baxımdan pap-test analizi göndərdikdə xəstə haqqında ətraflı məlumatlar qeyd olunmalıdır.Maye sitologiya daha güvənli olduğundan bu müayinənin tətbiqi daha məsləhətdir.

Pap-test kimlərə aparılmalıdır?

Pap-test analizi 21-19 yaş arasında iki ildən bir aparılmalıdır,əgər 3 pap test analizinin cavabı neqativ çımışsa bu interval 3 ildə bir dəfə də ola bilər.Hpv və immun çatmamazlıq olan,orqan köçürülən və s. xəstələrdə isə ilk iki il ərzində 6 aydan bir,sonra isə ildə bir dəfə pap-test analizi olunmalıdır.İnsan papiomavirusuna yoluxmuş qadınlar isə ildə bir dəfə bu analizi verməlidirlər.CİN2,CİN3 və ya uşaqlıq boyunu xərçənginə bağlı müalicə görmüş qadınlar isə ən azı 20 il müddətində ildə bir dəfə bu analizi verməlidirlər.Servikal xərçəng riski olan qadınlarda son 10 il ərzində 3 dəfə neqativ cavab cıxarsa 65-70 yaş sərhəddində bu analizi verməni sona yetirə bilərlər.Cinsi aktiv və ya birdən artıq cinsi portnyoru olan qadınlarda isə 65 yaşdan sonrada pap-test analizinin götürülməsi məsləhət görülür.Servikal xərçəng və HSİL olmayan,ancaq histerektomiya olunan qadınlardada bu analiz sonlandırıla bilər.Supraservikal histerektomiyada isə bu rutin müayinə davam etməlidir.Pap-testin cavabına uygun olaraq xəstədə növbəti taktika seçilməlidir.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.