Vulvoskopiya nədir?

Xarici cinsiyyət üzvünün müayinəsi qadının özünün müayinəsi ilə başlamalıdır. Hər bir qadın ayda bir dəfə güzgü ilə xarici cinsiyyət üzvünü müayinə etməlidir və istənilən rəng dəyişikliyi (qara, qəhvəyi,açiq çəhrayı qırmızımtıl və s.) olarsa mütləq həkimə müraciət etməlidir. Çünki vulvada istənilən rəng dəyişikliyi normal hal oldugu kimi xərçəngönü və bəd xassəli xəstəlikdə ola bilər. Belə hallarda ginekoloqun müayinəsi Vulvoskopiya (Kolinza sınagı qoyaraq kolposkop vasitəsilə patoloji sahənin təyini) ilə başlamalıdır və dioqnozu dəqiqləşdirmək üçün biopsiya götürülməlidir. Unutmamaq lazımdır ki, vulvanın (xarici cinsiyyət üzvünün) xəstəliklərinin dəqiq dioqnostikası histoloji müayinə ilə qoyulur.

Vulvoskopiya nədir?

Vulvoskopiya – xarici cinsiyyət üzvünün (vulvanın) kolposkop vasitəsilə aparılan müayinəsidir. Vulvoskopiya kolposkopiyanın davamı deyil, lakin yuxarıda qeyd olunan vəziyyətlərdə və anamnezində insan papilomavirusu və uşaq boynu xərçəngönü xəstəliyi olan bütün qadınlara bu müayinə tətbiq edilməlidir. Vulvoskopiya zamanı adətən 7.5 dəfəlik böyütmə aparılır bu da həkim üçün daha aydın görüntü verir. Vulvoskopiya zamanı KOLİNZA sınağı (Toludin abısı: 5% sirkə turşusu) qoyulur bu da bizə vulvada olan patologiyaların və biopsiya olunacaq sahənin təyinində əvəzsiz kömək edir. Xarici cinsiyyət üzvündə olan istənilən ləkələrin (qara,qəhvəyi,qırmızı), müalicəyə tabe olmayan qaşınmaların olması vulvoskopiya müayinəsinə göstərişdir. Çünki vulvanın bəzi xoş və bəd xassəli xəstəlikləri başlanğıc mərhələdə eyni görünüşdə olur.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.