
Uşaqlıq boynu xərçəng önü xəstəlikləri nədir?
Uşaqlıq boyunu xərçəngi qadın reproduktiv sistemində süd vəzi xərçəngindən sonra ikinci yeri tutur,qadın ölümünə səbəb olaraq isə birinci yerdə durur.Hər il ilkin olaraq 600 mindən artıq qadınlarda ilikin olaraq bu xəstəlik aşkarlanır və 300 minə qədər ölüm halı baş verir.Nəzərə almaq lazımdırki bu xəstəlik ilkin olaraq əmələ gəlmir və bunda əvvəl bir neçə etapda xərçəngönü vəziyyətlər olur ki, bunuda vaxtında rutin skrininq müayinə aparmaqla təyin etmək olur. Xərçəngönü xəstəliklər yəni intraepitelial neoplaziya dedikdə xərçəng öncəsi kimi qəbul edilən ancaq invaziv xüsusiyyəti olmayan skvamoz epitelial lezyonlar nəzərdə tutulur. Uşaqlıq boynunun xərcəng önü xəstəlikləri CİN (cervical intraepithelial neoplasia) kimi işarələnir və ağırlıq dərəcəsinə görə üç yerə ayrılır.
CİN I –Yüngül dərəcəli displaziyalar.
CIN II – Orta və ağır dərəcəli displaziyalar.
CİN III– Ağır dərəcəli displaziyalar.
Xərçəng önü xəstəliklərin ağırlıq dərəcəsi bazal membrandan epitelin səthinə doğru zədələnmə nisbətinə görə dəyərləndirilir.
CİN-da anormal hüceyrələr coxqatlı yastı epitelin aşağı 1/3-ə qədər CİN 1 və ya yüngül displaziya, orta 1/3-ə CİN2 və ya orta displaziya, üst 1/3-i də əhatə etmişsə CİN3 və ya ağır dərəcəli displaziya,tam epitel qatı əhatə etmişsə CİS-karsinoma in situ adlanır.Uşaqlıq yolu,xarici cinsiyyət üzvü,perianal və anal nahiyyələrin yastı hüceyrəli zədələnmələridə,servikal zədələnmələrə anoloji olaraq təsnif olunur. Yeni servikal terminologiya isə 1988-ci ildən verilimişdir (Kurman 1994: National Canser institue Workshop,1989) və servikal intraepitelial neoplaziya (CİN)- squamoz intraepitelial lesion (SİL) istifadə olunmaga başlamışdır.
CİN1 – LG SİL (Loü grade skuamoz intraepitelial lesion)
CİN2 və CİN3 – HG SİL (high grade skuamoz intraepitelial lesion)
Qeyd:Ümumilikdə uşaqlıq boynunun xərçəngönü zədələnmələri gözlə görsənmir,əlavə müayinə üsullarına ehtiyac olur(Pap-smear,Kolposkopiya,Biopsiya).Buna görədə makroskopik olaraq gördüyümüz istənilən lezyonlar,eroziyalar kolposkopik müayinə olunmalı və həmin nahiyyədən biopsiya götürülməlidir.
Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin risk faktorları nədir?
- Etnik mənsubiyyət
- Aşağı sosialekonomik vəziyyət
- Yaş
- Erkən cinsi həyat
- Cox eşlilik
- Cox portnyorlu portnyor
- Siqaret
- Yetəsiz pəhriz(Vit A,E,C,fol turşusu və s.)
- Kombinə olunmuş oral kontrasepsiya(KOK)
- Cox saylı doğuş
- Immun sistemin yetmemezliyi
- Rutin skrininqdən keçməmək
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin müalicəsi
Xərçəngönü xəstəliklər özlüyündə tam sağala bilər,uzun müddətli stabil qala bilər və ya daha yüksək dərəcəli displaziyalar yarada bilər.Bəzi hallarda isə invaziv xərçəngə keçir.
LSİL – HPV DNA+kolposkopia+biopsiya
HSİL- LEEP, konizasiya
Glandular hücüyrə anomaliyası- kolposkopiya,endoservikal küretaj
35 yaşdan yuxarı doguşu olmayan qadınlarda – endometrial biopsiya+kolposkopiya,servikal biopsiya
Müalicə üsulu xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq seçilir.
- Eksiziya
- Kriyocərrahiyyə
- Loop elektrocərrahiyyə
- Soyuq konizasiya
- Lazerkonizasiya
