
Uşaqlıq boynu xərçəngi peyvəndi nədir?
ABŞ-da Kaliforniya universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişmiş qadınlar üzərində araşdırma aparılmışdır və demək olarki hamsında insan papilomavirus infeksiyasının onkogen və qeyri-onkogen tipləri aşkarlanmışdır.Bu bir daha sübut edir ki,uşaqlıq boynu xərçənginin yaranmasının etiologiyasında HPV-insan papilomavirusu durur.Dünyada Hpv infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdəndə istifadə olunur.Bəzən qadınlar səhfən düşünürlər ki,bu peyvənd xərçəng yaranmaga qarşıdır və ya insan papilomavirusunu müalicə edir,bu tamamilə yanlış fikirdir. Peyvənd Hpv infeksiyasına yoluxmadan öncə vurulmalıdır,çünkü bu peyvəndlər Hpv infeksiyasını yox etmir sadəcə Hpv –yə qarşı qanda antigenlər yaradır.Peyvəndlər adətən 11-12 yaşlarında və ya ilk cinsi əlaqəyə qədər 13-26 yaş arasında vurulmalıdır(45 yaşa qədər vurmaq mümkündür).Cervarix 2 və Gardasil 4 peyvəndinin vurulması 70% – ə qədər servikal xərçəngin qarşısını alır. Gardasil 9 peyvəndi isə servikal xərçəngin 90%-ə qədər qarşısını alır.
Uşaqlıq boynu peyvəndi hansılardır?
CERVARİX (2 valentli) – HPV 16,18
CARDASİL (4 valentli) – HPV 6 ,11,16 ,18
CARDASİL (9 valentli) – HPV 6, 11, 16, 18, 31, 33, 45, 52, 58
Uşaqlıq boynu peyvəndi nə zaman vurulmalıdır?
Cervarix (2 valentli)
9-14 yaş arası : 0-6 ay olacaq şəkildə 2 doza
14 yaş və üzəri : 0-1-6 ay olacaq şəkildə 3 doza
Cardasil (4 valentli)
Oğlan və qız: 9-13 yaş 0-6 ay 2 doza Qız : 14-45 yaş 0-2-6 ay 3 doza Oğlan : 14-26 yaş 0-2-6 3 doza
Cardasil (9 valentli)
QIZ : 9-26 yaş
OĞLAN : 9-15 yaş
