
Uşaqlıq boynu xərçəngi
Dünyada ildə 600 min qadında ilkin olaraq bu diaqnoz qoyulur və bu xəstəliyə bağlı olaraq il ərzində 30 min-ə yaxın ölüm halı qeyd olunur.Uşaqlıq boynu xərcənginin orta yaş həddi 52 dir. Bu xəstəliyə ən sıx 35-39 yaş və 60-64 yaş arası rast gəlinir.Bu xəstəliyin etiologiyasında insan papiloma virusu dursada xəstəliyin yaranma səbəbini artıran risk faktorlarıda vardır.
- Siqaret çəkmə
- HİV ; HSV 2
- xlamidiya
- KOK(kombinə olunmuş oral kontrasepsiyalar)
- Sosial faktorun aşağı olması
- Erkən cinsi həyat
- Çox partnyorluq və s.
Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün qadınların ildə bir dəfə skrininq müayinələrdən keçmələri məsləhətdir.
- Pap-smear(uşaqlıq boynundan götürülmüş yaxmanın sitoloji müayinəsi)
- Genişləndirilmiş kolposkopik müayinə
- HPV DNA testi

Dr. Naza Qurbanova
Mama ginekoloq
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (070) 555 09 60