Uşaqlıq yolunun xərçəngönü xəstəlikləri

Uşaqlıq yolu xərçənginə nadirən rast gəlinir və bütün ginekoloji xərçəngin 1%-ni təşkil edir.Bu xəstəliyə 50% hallarda 70 yaşdan sonra rast gəlinir.Vaginal xərçəngin təxmini 90%-i skvamozdur və CİN-ya oxşar VaİN yaranır.VaİN birincili olaraq nadirən rast gəlinir,əsasən CİN davamı olaraq uşaqlıq yolunun yuxarı 1/3-də rast gəlinir.VaİN CİN qədər incələnməsədə etioloji və risk  faktorlarının eyni oldugu qəbul olunmuşdur.Bu baxımdan Hpv 16,18 tipləri üçün aparılan peyvəndlər uşaqlıq yolu xərçənginin yaranma tezliyinidə azaltmışdır.Son zamanlar Hpv yoluxma faktorları atrdığından uşaqıq yolu xərçənginə daha cavan yaşlardada rast gəlinir.Serviksdə və vulvada olan neoplaziyalarda vaginal neoplaziya riskini artırır.Buna görədə HSİL-də histerektomiya tam müalicə üsulu hesab olunmur.Bu əməliyyatladan sonra 7% hallarda HG HSİL-a rast gəlinir.VaİN adətən simptomsuz keçir.Əgər simtom varsa bu özunu qanama,axıntı,iy kimi biruzə verir.Özəlliklə uşaqlıq boyunu yoxsa anormal sitoloji cavab VaİN ilk göstəricisi ola bilər.Belə hallarda uşaqlıq yoluna kolposkop(vaginoskopiya)vasitəsiylə baxış aparılmalıdır və histoloji müayinə üçün patoloji sahədən biopsiya götürülməlidir.HGCİN  kimi HGVaİN-da xərçəngönü vəziyyətdir və müalicə olunmalıdır.VaİN1 –də -6-12 aydan bir vaginoskopiya və sitoloji müayinə olunmalıdır.VaİN 2/3-də müalicə üsulu seçilərkən xəstənin cinsi aktivliyi və s .nəzərə alınmalıdır.

Müalicə üsulları:

  • Eksiziya
  • CO2 lazer ablasiya
  • Tibbi ablasiya(5% fluorourasil)
  • Şüa müalicəsi

Müalicədən iki ay sonra vaginoskopiya və sitoloji müayinə aparılmalıdır.Sonradan isə bir neçə il müddətində 6-12 aydan bir bu müayinələr təkrarlanmalıdır.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.