İnsan papilomavirusu (HPV)

Bütün sevikal neoplaziyaların(xərçəngönü xəstəliklərin) ,vaginal,vulvar və anal  neoplaziyaların isə bir qisminin əmələ gəlməsində əsas olaraq bu virusun rol oynadığı artıq təsdiq olunub.Bu virus nəinki genital,hətta ekstragenital  (baş,boyun və s.) nahiyyələrdə əmələ gələn xərçəngin  təxmini 5%-nə səbəb olur.

HPV tiplər

İnsan papilomavirusunun(HPV) təxmini 130-a qədər tipləri  mövcuddur,bunların içərisində 40-a qədər növləri  aşağı genital zədələnmələr əmələ gətirir.Klinik olaraq Hpv tipləri onkogen xüsusiyyətlərinə görə iki qrupa ayrılır.Yüksək onkogen tiplər –HG Hpv və aşağı riskli-LG Hpv.Aşağı  riskli Hpv tipləri(6,11) nadirən xərcəng əmələ gətirir.Servikal xərcəngi əsasən yüksək onkogen tiplər əmələ gətirir.HG Hpv(16,18,31,33,35,45,58) servikal xərcəngin 95%-ni təşkil edir.Hpv 16 dünyada CİN3 lezyonların 45%-ni,servikal  xərcəngin 55%-ni,anogenital sistemin və orofarenksin Hpv mənşəli xərcənginin əsas hissəsini təşkil edir.Hpv 18 isə Hpv 16-ya nisbətən az rast gəlinir.Hpv 18 –skvamoz hüceyrəli xərçəngin 13%-ni,servikal adenokarsinomanın isə 37%-ni təşkil edir.Servikal xərcəngdə ən çox rast gəlinən tiplər Hpv 16,18,45,31-dir.Genital

Hpv-yə yoluxma yolları

Hpv-yə yoluxma adətən ziyıl,cinsi əlaqə,bədən mayeləri və s. Yolu ilə baş verir.Genital Hpv infeksiyası multifokaldır ,beləki bir genital bölgədə olan neoplaziya digər bölgədə neoplaziya riskini artırır.Hpv infeksiyası vertikal(anadan dölə və ya yenidoğulmuşa) keçməsinə nadirən rast gəlinir.

Hpv (papilomavirus) pozitiv hamilələr təbii doğuş edə bilərmi?

Doğuşda var olan və ya doğuşdan sonra 1-3 il müddətində konyuktiva,laringa,vulva və perianal bölgələrdə ziyıllar,perinatal dövürdə kecirilmiş insan papilomavirusuna bağlı olmasını görsədir.Bu baxımdan anada Hpv infeksiyası varsa bu təbii doğuşa əks göstəriş deyil.Ancaq uşaqlıq yolunu bağlayan böyük ölçülü kondilomalar varsa və ya uşaqlıq boynunda doğuş zamanı qanaxmaya səbəb ola biləcək vəziyyətlər varsa bu zaman doguş kesəriyə əməliyyatı ilə başa çatdırılmalıdır.

Hpv –yə (papilomavirusa) yoluxma nə zaman aşkarlanır?

HG Hpv tiplər iümumilikdə cinsi əlaqəyə başladıqdan cox qısa zaman sonra aşkarlanır.Collins(2002) və əməkdaşlarının  ilk cinsi əlaqədən 6 ay  sonra  monoqon(tək portnyorlu)olan 242 qadın üzərində araşdırma aparmışdırlar və bunların 46%-də sevikal Hpv infeksiyası aşkarlanmışdır,infeksiyanın əmələ gəlməsi üçün ortalama zaman 3 ay olması bildirilmişdir.Hpv infeksiyasına ən çox 25 yaşa qədər rast gəlinir,yaş artdıqca bu infeksiyaya rast gəlmə tezliyi də azalır.

Hpv (insan papilomavirusunun) diaqnozu necə qoyulur ?

Hpv infeksiyasının varlığı klinik lezyonların görsənməsinə,sitoloji,histoloji,kolposkopik olaraq qoyula bilər,ancaq dəqiq dioqnoz isə HPV DNA testidir.Bu in situ hibridizasiya,polimeraza zəncirvari reaksiya(PCR) və s. qoyula bilər.HC2 HG-HPV DNA testində 13 onkogen tiplər aşkarlanır.Daha yeni üsul olan Cervista HG HPV testində isə 13 onkogen tiplərə əlavə olaraq Hpv 66 da yoxlanılır.Gənc bir qadında tipik bir ziyıl varsa və ya sitoloji,histoloji  müayinə ilə high grade servikal neoplaziya vəya invaziv xərçəng aşkarlanmışsa Hpv infeksiyasının olduğu var sayılır və Hpv üçün rutin test etməyə ehtiyac olmur.Hpv DNA testi adətən 21-35 yaş arsı qadınlarda rutin olaraq yoxlamq məsləhət görülür.Hpv infeksiyasının xüsusi müalicə üsulu yoxdur və buna ehtiyac olmur,sadəcə immun sistemin normallaşdırılması məsləhət görülür.Hpv-nin yaratdığı ziyıllar,neoplaziyalar və ya invaziv xərçəng varsa ,bunlar uyğun  metodlarıyla müalicə olunur.

Qeyd: Hpv  infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdəndə istifadə olunur.

Hpv-in (insan papilomavirusunun) xərçəng yaratma riski

   İnsan papilomavirusu alt genital sistemdə xərçəng yaratma faizi riski aşağıdakı ardıcıllıqda qeyd olunub.

  • SERVİKAL XƏRÇƏNG (uşaqlıq boynu) – 100%
  • VAGİNAL XƏRÇƏNG (uşaqlıq yolu)– 40-50%
  • VULVAR XƏRÇƏNG (xarici cinsiyyət üzvü) – 40-50%
  • ANAL XƏRÇƏNG (düz bağırsaq hissə) – 89%
  • PENİL XƏRÇƏNG (kişi cinsiyyət üzvü)– 50%

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.