Uşaqlıq boynu skrininq müayinələri nədir?

Uşaqlıq boynu xərçəngi yeganə orqandır ki,onun yaranmasınının qarşısını tam almaq mümkündür.Çünki uşaqlıq boynu xərçəngi ilkin olaraq yaranmır,mütləq olaraq öncədən xərçəng önü xəstəliklər yaranır (CİN1,CİN2,CİN3) və bu xəstəliklərdən sonra uşaqlıq boynu xərçənginin yaranması üçün 5 ildən 19 ilədək vaxt tələb olunur.Əgər qadınlar illik skrininq müayinələrini vaxtında keçərlərsə bu müddət ərzində təbii ki,xərçəng önü vəziyyətlər aşkarlanıb müalicə olunar və daha ciddi xəstəlik olan uşaqlıq boynu xərçəngi yaranmaz.

Bunun üçün dünyada skrininq müayinə olaraq ilkin Pap-smear testi tətbiq olunmuşdur. 1950-ci ildə Papanikolaonun Pap-smear testinin tətbiqindən sonra uşaqlıq boynundan götürülmüş  yaxmanın sitoloji incələnməsiylə əlaqdədar olaraq invaziv servikal xərçəngin rast gəlmə tezliyi nəzərəçarpacaq qədər azalmışdır,bu baxımdan uzun illər Pap-smear testi ilkin skrininq müayinə kimi tətbiq edilmişdir. Pap-test analizinin tətbiqindən sonra dünyada uşaqlıq boynunun yastı hücüyrəli xərçənginin rast gəlmə tezliyi azalsada,uşaqlıq boynunun adenokarsinomasının  rast gəlmə  tezliyi artmışdır,xüsusilədə 50 yaşdan aşağı qadınlarda.Hazırda adenokarsinoma və adenoskvamozcarsinoma servikal xərçəngin 20%-ni təşkil edir.Bu artım pap-test analizinin adenokarsinomaya qarşı informativliyinin az olması ilə əlaqələndirilir.Adenokarsinoma şübhəsi yaradan hər bir vəziyyətdə mütləq kolposkopiya müayinəsi aparılmalı və histoloji müayinə üçün biopsiya götürülməlidir.

Qeyd:Servikal xərçəngin 60%-ni yetərsiz rutin müayinə təşkil edirsə, 30%-40%-ni isə yanlış neqativ müayinə təşkil edir.

Qeyd:Uşaqlıq boynunda iki cür xərçəng növü mövcuddur-yastıhüceyrəli və adenokarsinoma.

Uşaqlıq boynunun yaranmasında  HPV-yəni insan papilomavirus infeksiyasının bir başa rolu olduğu dəqiqləşdiyindən,artıq bir sıra ölkələrdə ilkin skrininq müayinə olaraq HPV DNA testi yoxlanılır. Əgər HPV infeksiyası aşkarlanarsa və ya Pap-smear testinin cavabında hər hansı anormallıq qeyd olunarsa xəstə daha ətraflı müayinə üçün kolposkopiyaya göndərilir.Əgər kolposkopiyada patoloji sahələr görsənərsə,həmin nahiyyədən məqsədyönlü biopsiya götürülür və diaqnoz dəqiqləşdirmək üçün histoloji müayinəyə göndərilir.Bəzən xanımlar uşaqlıq boynunun müayinəsində Pap-smear testi ilə kifayətlənirlər,amma bu doğru deyil,cünki Pap-smear analizi dəqiq diaqnoz üçün yetərli müayinə deyil,sitoloji müayinə sadəcə olaraq bizə xəstədə növbəti addımmızın nə olmasına köməklik edir.Bunu histoloji müayinə ilə qarışdırmamaq lazımdır.Dəqiq diaqnozu histoloji müayinə verir.Histoloji müayinəni isə məqsədyönlü aparmaq lazımdır.Öncə kolposkopik müayinə etmək və sonra aşkarlanmış patoloji nahiyyədən biopsiya götürüb histoloji müayinəyə göndərmək lazımdır.

Qeyd:Yuxarıda qeyd olunanlardan da anlamaq olur ki,kolposkopiya uşaqlıq boynu xəstəliklərinin müayinəsində yüksək informativliyə malikdir.Protokola ilkin skrininq müayinə kimi salınmamasının səbəbi xaricdə bu müayinənin kifayyət qədər bahalı olmasıdır.Nəzərə alsaq ki,ölkəmizdə daha uyğun qiymətədir,ildə bir dəfə ginekoloji bu müayinənizi kolposkopun nəzarəti altında aparmanız daha doğru olardı.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.