Kolposkopiya müayinəsi haqqında

Kolposkopiya uşaqlıq boynunun bir sıra xəstəliklərinin (eroziya,leykoplagiya və s.) eləcə də gözlə görsənməyən uşaqlıq boynu xərçənginə səbəb ola biləcək bir sıra xəstəlikləri aşkar etməkdə bizə əvəzsiz kömək edən bir müayinə üsuludur.Kolposkopiya ilk dəfə 1925-ci ildə alman alimi H.Hinzelman tərəfindən kəşf edilmişdir.Hinzelman sirkə turşusundan istifadə edərək uşaqlıq boynunun xərçəngönü xəstəliklərini təyin etmişdir.Elə həmin illərdə Şiller ise Lüqol məhlulu ilə uşaqlıq boynuna sınaq qoymağı təklif etmişdir. Növbəti illərdə isə kolposkopiya müayinəsi digər inkişaf etmiş ölkələrdə təkmilləşmiş və daha geniş yayılmışdır.

Kolposkopiya nədir?

Kolposkop xüsusi optik bir cihazdır,bu cihaz vasitəsi ilə aparılan müayinəyə isə kolposkopiya deyilir.Kolposkopiya zamanı biz baxdığımız obyekti (uşaqlıq boynu,uşaqlıq yolu,xarici cinsiyyət üzvü) dəfələrcə böyüdərək(7.5;15;30),xüsusi məhlullardan (3-5% sirkə turşusu,Lüqol məhlulu) istifadə edərək daha detallı şəkildə incələyə bilirik.

Kolposkopiyanın növləri?

Kolposkopiya iki cür aparılır:sadə və genişləndirilmiş

Sadə kolposkopiya zamanı uşaqlıq boynu pambıqla selikdən təmizlənilir və böyüdülərək baxış keçirilir.Uşaqlıq boynuna sadə baxış etdiksən sonra 3%-li və ya 5%-li sirkə turşusu ilə sınaq qoyulur toxumalar incələnir,daha sonra isə Lüqol məhlulu ilə sınaq qoyularaq müayinə tamamlanır,buna genişləndirilmiş kolposkopiya deyilir.Genişləndirilmiş kolposkopiya uşaqlıq boynunun daha dərindən müayinəsidir.Bu zamanı Bu reaktivlər uşaqlıq boynunun selikli qişasında səciyəvi dəyişikliklərə səbəb olur və bu dəyişikliklərə əsasən uşaqlıq boynunda gedən arzu olunmaz proseslər haqqında fikir bildirmək mümkün olur.

Kolposkopiya necə aparılır?

Kolposkopiya qeyri-invaziv müayinə üsuludur,ambulator şəraitdə aparılır.Xəstə ginekoloji masada uzanır,uşaqlıq yoluna güzgü taxılır,ilk öncə uşaqlıq boynu fizioloji tampona hopdurulmuş pambıqla selikdən təmizlənib sadə baxış keçirilir,sonra isə 3%-li və ya 5%-li sirkə turşusuna hopdurulmuş pambıqla silinərək toxumaların bu məhlula qarşı reaksiyasına diqqət edilir,daha sonrakı etapda isə Lüqol məhlulu ilə uşaqlıq boynuna sınaq qoyulur və təkrar baxış keçirilir.Beləliklə mütəxəssiz yuxarıda qeyd olunan məhlullara qarşı uşaqlıq boynunun selikli qişasının reaksiyasına əsasən nəticə çıxardıb öz məsləhətini verir.

Kolposkopiya aparmaqda məqsədimiz?

  1. Bu zaman biz adi gözlə görə bilmədiyimiz patologiyaları ,xüsusilə xərçəngönü xəstəlikləri aşkarlaya bilirik.
  2. Patoloji sahələr təyin edilir və məqsədyönlü biopsiya götürül.Biz kolposkopiyasız biopsiya götürəriksə sağlam və ya daha az zədələnmiş sahədən götürə bilərik və buda səhv diaqnoza səbəb ola bilər ki,nəticədə xəstəyə ziyan vermiş olarıq.
  3. Kolposkopiya aparmaqda digər məqsədimiz isə müalicə üsulunu düzgün seçməkdir,operativ və ya konservativ.

Kolposkopiya kimlərə aparılmalıdır?

1.Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan,rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa.                                                                      2.İnsan papilomavirusunun yüksək onkogen tipləri (16;18) pozitiv olarsa xəstə bir mənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir.                                                                3.Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir.                                                                                                                                                          4.Palpasiya zamanı və ya gözlə görünən hər hansı bir lezyon varsa.                                                  5.Kontakt qanama varsa.                                                                                                                                6.Total histerektomiyadan (uşaqlığın uşaqlıq boynu ilə birlikdə götürülməsi)sonra anormal Pap-Smear cavabı olarsa.                                                                                                               7.Uşaqlıq boynu,uşaqlıq yolu,xarici cinsiyyət üzvü,perianal və anal nahiyyə papilomavirus xəstəliyi olan bütün hallar.                                                                                                                         8.Bətndaxili dövrdə DES (dietilbestrol) qebul etmişsə.                                                                           9.Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları varsa.                                                                         10.Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə varsa.

Kolposkopiya müayinəsi niyə aparılmalıdır?

Bildiyimiz kimi uşaqlıq boynu xərçəngi rast gəlmə tezliyinə görə qadın reproduktiv sistemində süd vəzi xərçəngindən sonra ikinci,qadın ölümünə səbəb olaraq isə dünyada birinci yerdə durur.Beləki hər il təxminən 625 min qadında ilkin olaraq uşaqlıq boynu xərçəngi aşkarlanır və təxminən 300 min qadın isə bu xəstəlikdən dünyasını dəyişir.Uşaqlıq boynu xərçənginin yaranmasının etiologiyasında bildiyimiz kimi insan papilomavirusu durur.Onuda qeyd etmək lazımdır ki,uşaqlıq boynu xərçəngi ilkin olaraq birdən-birə yaranan bəd xassəli xəstəlik deyil,bundan əvvəl mütləq olaraq xərçəng önü vəziyyətlər yaranır ki,bunuda vaxtinda aparılmış müayinələr nəticəsində aşkarlamaq olur.Kolposkopiya müayinəsidə bu kimi xəstəliklərin erkən diaqnostikasında istifadə olunan yüksək informativliyə malik olan müayinə üsuludur.Xəstədə uşaqlıq boynunun xərçəng önü xəstəliyi yaranmışdırsa bunun uşaqlıq boynu xərçənginə keçməsi üçün lazım olan vaxt 5-17 bəzi alimlərin fikrincə isə 5-19 il vaxt tələb olunur.Qadınların illik skrininq müayinələrindən keçmələri kifayyətdir ki,uşaqlıq boynu xərçənginin yaranma riskini sıfıra endirmiş olsunlar.

Kolposkopiyadan öncə hazırlıq lazımdırmı?

Kolposkopiyadan öncə xüsusi hazırlığa ehtiyac yoxdur,amma bu müayinədən 24 saat öncə  aşağıdakı qaydalara əməl etmək məsləhətdir:

  • Cinsi pəhriz olması.
  • Vaginal şamlardan istifadə etməmək.
  • Hamiləlikdən qorunmaq üçün vaginal tabletlərdən istifadə etməmək.
  • Vaginal duş istifadə etməmək.

Kolposkopiya ağrılıdırmı?

Kolposkopiya müayinəsi qeyri-invaziv üsul olduğundan tamamilə ağrısız olaraq aparılır.Lakin kolposkopiya zamanı həkiminiz şübhələndiyi bir sahədən biopsiya alarsa bu zaman az hiss olunan bir ağrılar ola bilər,bunada əsas səbəb uşaqlıq boynunda sinir reseptorlarının az olmasıdır.Sizə biopsiya təklif olunduqda bundan qorxmamanız lazımdır,bu sizdə xərçəng var şübhəsi yaratmamalıdır,əksinə belə xəstəliyin qarşısını almaq üçün aparılan yüksək informativlikli bir müayinədir.

Kolposkopiya ziyanlıdırmı?

Bəzən xanımlarda kolposkopiya haqqında yalnış fikirlərdə olur.Qeyd etmək istəyirəm ki,kolposkopiya müayinəsi tamamilə ziyansız və yan təsiri olmayan qeyri-invaziv bir müayinə üsuludur!

 Kolposkopiyadan sonra nəyə diqqət edilməlidir?

Kolposkopiya zamanı biopsiya alınmışdırsa:

  1. İlk bir həftə ərzinə ləkənmə ola bilər.
  2. İlk bir həftə cinsi pəhriz təyin edilməlidir.
  3. Vaginal tampon istifadə etmək olmaz.
  4. Vaginal şam,tablet istifadə etmək olmaz.
  5. Vaginal duş istifadə etmək olmaz.

Kolposkopiyadan sonra həkimə hansı hallarda müraciət etmək lazımdır?

Kolposkopiyadan sonra xüsusilə biopsiyada alınmışdırsa ilk həftə ərzində uşaqlıq yolundan qoxulu ifrazat gələrsə,çoxlu qanlı ifrazat gələrsə,qarının aşağı nahiyyəsində yaranan ağrılar olarsa,titrətmə,bədən hərarətinin qalxması baş verərsə mütləq olaraq həkiminizə müraciət edin.

Hamiləlikdə kolposkopiya olarmı?

Bildiyimiz kimi hamiləlikdən öncə ana olmaq istəyən qadınlar ailə planlamasından keçirlər,bu zaman uşaqlıq boynu skrinin müayinələri (HPV,Pap-Smear,Kolposkopiya)etmələridə tövsiyyə olunur.Cünki hamiləlik zamanı yaranan hormonal dəyişiklik və immun sistemdə yaranan zəifliklə əlaqədar olaraq uşaqlıq boynunda olan yüngül dərəcəli dəyişikliklər hamiləliyin sonuna daha ciddi dəyişikliklərə keçə bilər.Əgər hamiləlik zamanı kontakt qanamalar,müalicəyə tabe olmayan iyli-qanlı ifrazatlar olarsa və ya hamiləlik öncəsi sitoloji (Pap-Smear) müayinədə atipik hüceyrələr aşkarlanarsa və xəstə müalicə almamış olarsa qeyd olunan bütün hallarda xəstə kolposkopiya müayinəsinə göndərilməlidir.Bundan başqa əgər qadın hamiləlikdən öncə uşaqlıq boynu skrininq müayinəsindən keçməmişdirsə hamiləliyin birinci üç ayında kolposkopiya etmək məsləhət görülə bilər.Əgər uşaqlıq boynunda xərçəngönü vəziyyət aşkarlanarsa hamiləliyin 28-ci həftəsində qadına təkrar kolposkopiya aparılmalı və ehtiyac olar patohistoloji müayinə üçün biopsiya olunmalıdır.Belə hallarda hamilə nəzarətdə saxlanmalı və doğuşdan 6-8 həftə sonra təkrar müayinə aparılmalıdır.Uşaqlıq boynunda xərçəngönü vəziyyət və ya uşaqlıq boynu xərçəngi aşkarlanarsa doğuş keysəriyyə əməliyyatı ilə başa çatdırılmalıdır.

Vaginoskopiya nədir?

Vaginoskopiya kolposkopiyanın davamı olaraq uşaqlıq yoluna baxış deməkdir.Uşaqlıq yolu və uşaqlıq boynu epiteli histoloji olaraq eyni quruluşa malik olduğundan uşaqlıq yolundada eynilə uşaqlıq boynunda olan patologiyalara rast gəlinir.Uşaqlıq yolunun müayinəsidə eyni reaktivlərlə (sirkə turşusu və Lüqol məhlulu) sınaq qoyularaq aparılır.Qeyd etmək lazımdır ki,uşaqlıq boynu və uşaqlıq yolu xəstəliklərinin dəqiq diaqnozu patohistoloji müayinəyə əsasən qoyulur.

Vaginoskopiyaya göstərişlər:

 

Vulvoskopiya nədir?

Vulvoskopiya dedikdə kolposkop aparatı vasitəsi ilə xarici cinsiyyət üzvünə,perianal və anal nahiyyəyə baxış nəzərdə tutulur.Vulvoskopiya kolposkopiyanın tərkib hissəsinə daxil deyil.Ancaq nəzərdən qaçırmaq lazım deyil ki,uşaqlıq boynunun xərçəngönü vəziyyəti olan qadınların 10%-də xarici cinsiyyət üzvünün də xərçəng önü xəstəliklərinə rastlanılır.Ona görədə vulvoskopiya kolposkopiyanın davamı olmasada uşaqlıq boynu patologiyası olan qadınlarda bu müayinənidə aparmaq lazımdır.Xüsusilə əgər xəstənin anamnezində insan papilomavirusu (İPV) olmuşdursa.Bundan başqa xarici cinsiyyət üzvündə olan istənilən rəng dəyişikliyində də (qara,qəhvəyi,qırmızı,narıncı və s.) vulvoskopiyanı icra etmək lazımdır.

 

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.