
Kondilomaya bənzər digər xəstəliklər
Xarici cinsiyyət üzvündə yaranan ziyıla bənzər çıxıntıların hamısı kondiloma(papiloma) anlamına gəlmir.Bunlar normal struktura,digər infeksiyalara bağlı lezyonlar və s. ola bilər.Sizə təqdim etdiyim kadırlara diqqət etsəniz hamısı bir-birinə oxşar lezyonlardır,ancaq müalicəyə yanaşım təbiiki fərqlidir.Belə durumlarda mütəxəssisin differensasiya etməsi məsləhətdir.
1. Kondiloma-papilomavirus mənşəli
2. Mikropapila-normal vəziyyət
3. Fordyce’Spotları-normal vəziyyət (ektopik piy vəzləri)
4. Hemangioma-xoş xassəli damar şişi
5. Limfangioma-limfa sisteminin patologiyası
6. Molluskum kontagiozum-Poxvirus səbəb olur (əsasən dəri ilə təmasda yoluxma baş verir).
7. Condyloma accuminatum-ikincili siflis nəticəsində yaranır.
8. Xərçəng(kondiloma görüntüsündə)-bəd xassəli şiş.
