Lichen sclerosus nədir?

Lichen sclerosus qadınların xarici cinsiyyət üzvündə qaşınmalara səbəb olan dəri xəstəliyidir.Bu zaman həmin nahiyyədə  dəri nazikləşir və iltihablaşmağa meyilli olur. Lichen sclerosus  qadınlarda daha çox genital bölgədə:böyük və kiçik cinsiyyət dodaqlarında,vestibulyar hissədə,klitorda,perianal nahiyyədə ,anus ətrafında,kişilərdə isə penis və sünnət dərisində rast gəlinir.Əgər proses kiçik cinsiyyət dodaqları və uşaqlıq yolu girəcəyində olarsa,daralma yaranır və cinsi əlaqə ağrılı olur,bəzən isə cinsi əlaqədən sonra aralıq hissədə, kiçik cinsiyyət dodaqlarının iç səthində çatlar əmələ gəlir ki ,bu da xəstədə cinsi əlaqədən sonra ağrı ,göynəmə hissini artırır.Əgər proses sidik kanalının girəcək hissəsində olarsa sidik ifrazatı çətinləşir,klitor nahiyyəsinə yayıldıqda isə orqazm hissi itir və.s Lichen sclerosus vaxtında aşkarlanıb müalicə olunmazsa 5% hallarda xarici cinsiyyət üzvünün bəd xassəli xəstəliyi ilə ağırlaşa bilir.Xəstəliyin diaqnostikası  həmin nahiyyədən götürülmüş toxumanın patohistolojimüayyinəsinə əsasən qoyulur.
Müalicəsi:
1.Steroid mazlar
2.Oral və yerli estrogen(xüsusilə menopauza dövründə)
3.PRP
4.CO 2 lazer
5.Cərrahi üsul
CO2 lazerlə  müalicənin effektivliyi daha yüksək olduğundan bu müalicə üsuluna xüsusi üstünlük verilir.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.