Leykoplagiya

Leykoplagiya-uşaqlıq boynunun seliklui qişasının funksional pozğunluğu ilə xarakterizə olunan xəstəlikdir, bu zaman selikli qişada qlikogen azaldığı üçün çox qatlı yastı epiteldə keratozlaşma baş verirki, buna normal halda rast gəlinmir. Leykoplagiya uşaqlıq boynu xəstəliklərinin 5-8% təşkil edir və 40 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir. Leykoplagiyaya uşaqlıq boynundan əlavə uşaqlıq yolunda və vulvada da (xarici cinsiyyət üzvündə) rast gəlinir. Leykoplagiya nadir hallarda bədxassəli prosesə çevrilir. Leykoplagiyanın 2 forması var:sadə və kobud forma. Sadə leykoplagiya fon xəstəliklər qrupuna aiddir. Kobud leykoplagiyanın atipik forma sı isə xərçəngönü xəstəliklər qrupuna aiddir. Leykoplagiyanın yaranma səbəbləri: -Uşaqlıq boynunun travmaları zamanı -Hormonal disbalans nəticəsində aybaşı pozğunluğu –İltihabi xəstəliklər -Cinsi yolla ötürülən infeksiyalar

Əlamətləri: Leykoplagiya əsaən simpomsuz keçən xəstəlikdi. Xanımların çoxunda bu xəstəlik ginekoloqa müayinəyə gələn zaman aşkarlanır. Beləki bəzi xəstələri cinsi akt zamanı diskomfort edən uşaqlıq yolu axıntıları.qaşınma və ağrıların olması ilə müraciət edirlər Kobud leykoplagiya adi güzgü ilə baxış zamanıda təmiz toxmadan seçilir. Beləki klinik görnüşcə kobud leykoplagiya selikli qişa üzərində ağ-qabarıq çıxıntılı lövhə kimi görsənir. Sadə leykoplagiyanı isə kolposkopik müayinədən sonra aşkar etmək mümkündür. Leykoplagiyanin diaqnozunu kolposkopiya,sitoloji və histoloji müayinələrdən sonra qoymaq mümkündür. Müalicəsi: -Elektokoaqulasiya -Kreodestruksiya -Kimyəvi destruksiya -Konizasiya (histoloji müayinənin nəticəsi ağır dərəcəli displaziya olduqda) – CO2 lazer üsuludur.(ən müasir üsul)

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.