Uşaqlıq boyunu xərçəngi

Xəstə 54 yaşında 3il öncə kolposkopik müayinə zamanı uşaqlıq boynunda patoloji sahələr aşkarlanmış və biopsiya olunaraq histoloji müayinəyə göndərilmişdir(Dz:Yastı kondiloma,CİN I).Kolposkopik görüntünün daha kəskin oldugundan xəstəyə LEEP əməliyyatı təklif edildi.Xəstəni CİN I cavabı rahatladığı üçün dinamik nəzarətə qərar verdi və təssüflər olsun ki,3 il sonra kolposkopik müayinəyə gəldikdə uşaqlıq boynunda bəd xassəli xəstəlik aşkarlandı,biopsiya götürüldü və diaqnoz təsdiqləndi(Dz:Yastı hüceyrəli karsinoma).

Bu postu yazmaqda məqsədim uşaqlıq boynunda patologiya aşkarlanarsa tək pap-smear və histoloji müayinənin cavabına arxayın olaraq nəzarət olunmamalıdır.Mütləq ixtisaslaşmış kolposkopist tərəfindəndə uşaqlıq boyunu qiymətləndirilməli və vaxtında düzgün müalicə üsulu seçilməlidir.
Qeyd: L-SİL – CİN I  ilə eyniləşdirməmək lazımdır,çünkü CİN I sitoloji diaqnoz deyil histoloji diaqnozdur!

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.